Accessibility links

Bağdadda iki bomba hücumu həyata keçirilib


İraq paytaxtı Bağdadda yol kənarına yerləşdirilmiş ayrı-ayrılıqda iki bomba partlayışı nəticəsində azı 4 nəfər qətlə yetirilmiş, 15 nəfər isə yaralanmışdır. İraq rəsmiləri hücumların polis keşikçilərini hədəf aldığını deyirlər. Bir polis zabitinin və bir mülki vətəndaşın ölümü ilə nəticələnən bomba hücumlarından birinin Bağdadın mərkəzindəki xəstəxana yaxınlığında, digərinin isə şəhərin qərb hissəsində həyata keçirildiyi bildirilir.

XS
SM
MD
LG