Accessibility links

Dik Çeyni Azərbaycandan sonra Gürcüstanda olacaq


Amerika vitse-prezidenti Dik Çeyni Rusiyanın ötən ay Gürcustana müdaxiləsindən sonra dəstək əlaməti olaraq post-sovet ölkələrinə həftəlik turneyə başlayıb. Çeyni bu gün Azərbaycandadır, daha sonra Gürcüstana və Ukraynaya gedəcək. Səfər Birləşmiş Ştatların Gürcüstanın Rusiyanın hərbi əməliyyatlarından sonra bərpası üçün bu ölkəyə bir milyard dollar iqtisadi yardım paketi elan etməsindən sonra reallaşır. Çeyni səfər ərzində həmçinin enerji problemini müzakirə edəcəyi gözlənilir.

XS
SM
MD
LG