Accessibility links

Pakistanın baş nazirini müşayiət edən maşınlar hücuma məruz qalıb


Pakistanın baş naziri Yusuf Raza Gilaninin müşayiət edən maşınlara naməlum şəxslər tərəfindən hücum edildiyi, lakin bu zaman baş nazirin maşında olmadığı bildirilir. Baş nazirin sözçüsü Zahid Bəşir hücumu sui-qəsd cəhdi kimi qiymətləndirib. Sözçü müxbirlərə maşınların bir neçə snayper tərəfindən hədəf alındığını və bundan sonra maşınlardan birinin yandığını deyib.

Pakistanın daxili işlər naziri Kamal Şah bildirib ki, maşının atəşə tutulduğu vaxt nazir orada olmayıb. Cənab Şah deyib ki, hücum Lahordan İslamabada qayıdan baş naziri qarşılamaq üçün hava limanına gedən maşınlara edilib. Hal-hazırda baş nazirə heç bir ziyan dəymədiyi bildirilir.

Hücumla əlaqədar hökumət keçmiş baş nazir Benəzir Bhuttonun qətlində əlləri olan Taliban və Əl-Qaidə yaraqlılarını günahlandırır.

XS
SM
MD
LG