Accessibility links

Taylandda baş verən siyasi gərginlik ölkənin iqtisadiyyatına mənfi təsir göstərir


Taylandda baş verən siyasi gərginlik birja və turizm sahəsinə güclü zərbə vuraraq, ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Tayland Ticarət Palatası fövqəladə vəziyyətin elan edilməsinin beynəlxalq ticarət birliyinə səhv mesaj olduğunu bildirib. Baş nazir Samak Sandravec hökumət əleyhdarları ilə hökumət tərəfdarları arasında çərşənbə günü baş verən qarşıdurmanın bir nəfərin ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olduğunu bildrimiş və cümə günü öz qərarını bəyan edəcəyinə söz vermişdi. Bəzi biznes liderləri də etirazçıların tələblərinə qoşularaq baş nazir Samakdan istefa verməsini tələb edirlər. Lakin cümə axşamı cənab Samak demokratiya naminə öz vəzifəsində qalacağını bəyan edib. Bu arada Tayland səhm birjası bildirir ki, bu il ölkədə baş verən siyasi böhranla əlaqədar 45 milyard dollar məbləğində pul itirib.

XS
SM
MD
LG