Accessibility links

Əli Zərdari Pakistanın yeni prezidentidir


Pakistanın sabiq baş naziri Benazir Bhuttonun həyat yoldaşı ölkənin prezident seçkilərində qalib gəlib. Pakistan Xalq Partiyasının lideri Asif Əli Zərdari Pakistan parlamenti və 4 vilayət şurasında 70 faizə yaxın səs toplayıb. O, 702 qanunvericinin 482-nin səsini alaraq digər 2 rəqibini böyük üstünlüklə məğlub edib. Zərdari keçən ay istefa vermiş sabiq prezident Pərviz Müşərrəfi əvəz edir. Səsvermədən sonra parlamentdəki deputatlar “Çox yaşa Bhutto” şüarları səsləndirib, mərhum liderin 2 qızı isə Bhuttonun portretlərini qaldırıb. Pakistan Xalq Partiyasnın rəsmiləri Zərdarinin qələbəsini ölkədə demokratiyanın qələbəsi adlanlandırıblar. Yeni prezident kimi hazırda Zərdari yaraqlılarla mübarizə və ölkənin iqtisadiyyatının gücləndirilməsi də daxil olmaqla bir sıra problemlərlə üzləşir.

XS
SM
MD
LG