Accessibility links

Kondoliza Rays Liviyadadır


ABŞ Dövlət Katibi Kondoliza Rays Amerikanın son 55 ildə Liviyaya səfər edən ilk yüksək vəzifəli rəsmisidir. Dövlət katibi Rays Tripoliyə dünən çatıb. O deyib ki, səfəri Vaşinqtonun daimi düşməninin olmadığını təsdiq edir, ancaq Livan münasibətləri yaxşılaşdırmaq üçün uzun bir yol keçməlidir. Xanım Rays Liviya lideri Müəmmar Qəzzafi ilə görüşündən sonra deyib ki, iki ölkə arasında münasibətlər yaxşıya doğru istiqamət alıb. Jurnalistlərə açıqlama verən ABŞ rəsmisi tərəflər arasında ticarət, mədəni və təhsil əməkdaşılığı barədə müzakirələr aparıldığını bildirib. Elə həmin mətbuat konfransında danışan Liviya xarici işlər naziri Abdel Rəhman rəsmilərin habelə əks-terrorizmlə yanaşı, İraq və Sudanın Darfur regionunda vəziyyəti də müzakirə etdiklərini dilə gətirib.

XS
SM
MD
LG