Accessibility links

Anqolada hakim partiya parlament seçkilərində qəti qələbə əldə edib


Anqolada hakim partiyada ölkədə son 16 ildə ilk parlament seçkilərində qəti qələbə əldə edib. Səslərin yarısından çoxunun hesablanmasından sonra hakimiyyətdə olan MPLA partiyasının səslərin təxminən 82 faizini topladığı bildirilir.

Anqolanın aparıcı müxalifət partiyası olan UNİTA səslərin 10 faizdən çoxunu toplaya bilib. Partiyanın lideri Saias Samakuva deyib ki, son nəticələr Anqola xalqının iradəsini ifadə etməyə bilər. UNİTA seçki sisteminin demək olar ki, işləmədiyini deyib. Bəzi səsvermə məntəqələri cümə günü vaxtında açılmamış, səsvermə vaxtı şənbə gününə qədər uzaldılmışdır. Seçki prosesini monitorinq edən müşahidəçilər pozuntuların olduğunu bildirib, lakin zorakılıqlar baş vermədiyi üçün ümumilikdə prosesin qənaətbəxş keçdiyini deyiblər.

XS
SM
MD
LG