Accessibility links

İranda  prezident seçkisinin vaxtı müəyyən edilib


İran liderləri növbəti prezident seçkilərinin vaxtını müəyyən ediblər. Dövlət mətbuatının verdiyi məlumata görə, Nəzarət Şurası prezident seçkisini gələn ilin iyun ayının 12-ə təyin edib.

2005-ci ildə prezident olan Mahmud Əhmədinejad yenidən prezident seçilmək üçün seçkiyə qatıla bilər.

Keçən ay İranın Ali Dini rəhbəri ikinci müddətə seçilmək üçün cənab Əhmədinejadı seçkiyə qatılmağa təşviq etmiıdi. Ayatüllah Xameneyi hazırkı prezidentdən İranın nüvə zənginləşdirilməsi proqramına son qoyması məqsədliə beynəlxalq təzyiqlərə əhəmiyyət vermədiyi üçün razılığını bildirmişdi. O, Mahmud Əhmədinejadən qərb ideyalarından imtina etməsini də qeyd etmişdi.

Bəzi mühafizəkarlar prezident Mahmud Əhmədinejadın iqtisadi siyasətindən və inflasiyanın artmasından narazılıqlarını bildirərək, onun ikinci müddətə seçilməsinə qarşısında çətinlik yarada bilərlər.

XS
SM
MD
LG