Accessibility links

ABŞ hökuməti iki ən böyük ipoteka şirkətinin nəzarətini öz üzərinə götürüb


Birləşmiş Ştatlar hökuməti ölkədə daşınmaz əmlak bazarında kredit verən ən böyük iki ipoteka şirkətinin nəzarətini əlinə alır. ABŞ-ın Maliyyə naziri Henri Polson hökumətin Fenni Mey və Freddi Mak şirkətlərinə nəzarəti üzərinə götürdüyünü bu gün elan edib. Şirkətlərin rəhbərləri də bu qərarla əvəz ediləcək. Hökumətin bildirdiyinə görə, bu addım şirkərləri ABŞ-da daşınmaz əmlak bazarında yavaşımaya görə milyardalarla dollar itkilərdən qorumaq üçün atılır. Henri Polson deyib ki, bu olduqca böyük şirkətlər ABŞ iqtisadiyyatı ilə sıx bağlıdır və onların müflisləşməsi yerli bazarlar və dünya bazarlarına təsir göstərə bilər.

XS
SM
MD
LG