Accessibility links

İranda Şəhnaz Qulami bir daha İnqilab Məhkəməsi qarşısına çıxarılıb


İranda azərbaycanlıların hüquqlarının müdafiəsi fəallarndan Şahnaz Qulaminin Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsindəki məhkəmə prosesi qapalı keçirilir. Təqsirləndirilən şəxsi vəkil Məhəmmədəli Dadxah müdafiə edir. Şahnaz Qulami İran prezidenti Mahmud Əhmədinejadı təhqir etməkdə , etiraz aksiyalarında iştirakda və dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırılır. Şahnaz Qulami əvvəllər də siyasi fəaliyyətinə görə məhkum olunub. O, 1999-cu ildən 2003-cü ilədək siyasi fəaliyyətinə görə, 2006-cı ildə "İran" qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərc edilməsinə etiraz olaraq keçirilən aksiyada iştirakına görə həbs edilib.

XS
SM
MD
LG