Accessibility links

CAR prezidenti yenidən Harareyə gedib


Cənubi Afrika Respublikasının prezidenti Thabo Mbeki bu gün Hararedə Zimbabvenin rəqib siyasi partiyalarının liderləri ilə görüşəcək. Görüşün məqsədi dalana dirənmiş hakimiyyət bölgüsü danışıqlarını bərpa etməkdir. Cənab Mbeki Cənubi Afrika İnkişaf İcmasının adından Zimbabve prezidenti Robert Muqabe və müxalifət lideri Morqan Çanqiray arasında keçirilən danışıqlara vasitəçilik edir. 15 dövlətdən ibarət qrup Zimbabvedə siyasi böhranının sona çatmasına təzyiq göstərir. Cənab Muqabe deyib ki, Çanqiray hakimiyyət bölgüsü ilə razılaşmasa müxalifətsiz hökumət fotmalaşdıracaq. Çanqiraya heç bir real siyasi gücü olmayan baş nazir vəzifəsi təklif olunur. Cənab Muqabe ölkənin prezidenti olaraq qalır və Zimbabvenin təhlükəsizlik qüvvələrini idarə edir.

XS
SM
MD
LG