Accessibility links

Con Makkeyn rəqibi Barak Obamadan 4% irəlidədir


ABŞ-da yeni rəy sorğuları göstərir ki, Respublikaçılar partiyasından prezidentliyə namizəd Con Makkeyn Demokrat partiyasından rəqibi Barak Obamadan 4% irəlidədir. USA Today və Qallopun keçirdiyi rəy sorğusuna əsasən, Con Makkeynə səs vermək üçün qeydiyyatdan keçmiş seçicilər arasında 50%, Barak Obamaya isə 46% dəstək verilib. Rəy sorğularına görə, Makkeynə dəstək keçən həftə Respublikaçılar partiyasının qurultayı və Alyaska ştatının qubernatoru Sara Peylini özünə kampaniyada tərəfdaş kimi vitse-prezident seçməsindən sonra artıb. Senator Makkeyn dünən CBS televiziyasına müsahibəsi zamanı özünü Respublikaçılar partiyası daxilində dəyişiklik yaradacaq qüvvə kimi təsvir edib. Con Makkeyn deyib ki, o, prezident seçilsə, demokratlar və müstəqil siyasətçiləri yüksək vəzifələrə təyin edəcək. ABC televiziyasına müsahibə verən Barak Obama isə deyib ki, demokratlar arasında çox populyar olmayan böyük dəyişikliklər yaratmağa hazırdır.

XS
SM
MD
LG