Accessibility links

Pakistanda Taliban istehkamına qarşı hücum zamanı 14 nəfər həlak olub


Pakistan təhlükəsizlik qüvvələrinin rəsmiləri bildirirlər ki, ölkənin şimal qərb bölgəsindəki Taliban istehkamına Birləşmiş Ştatlar tərəfindən raket hücumu nəticəsində 14 nəfər ölmüş, azı 15 nəfər isə yaralanmışdır. Birləşmiş Ştatlar bu xəbəri təsdiq etməyib. Hücum Pakistan tayfalarının yaşadıqları Şimali Vəziristanın Mirfan Şah şəhərində həyata keçirilib. Amerika kəşfiyyat xidmətinin rəsmiləri bildirirlər ki, Pakistan yaraqlıları Əl-Qaidənin üzvlərilə birlikdə bu məntəqədən Əfqanıstandakı Birləşmiş Ştatlar və onun müttəfiqlərinə qarşı hücumlar təşkil edirlər. Yeni seçilmiş Pakistan prezidenti Asif Əli Zərdari deyib ki, yaraqlılara qarşı mübarizə aparmaq üçün Birləşmiş Ştatlarla əməkdaşlıq edəcək.

XS
SM
MD
LG