Accessibility links

Ayk qasırğası Kubaya güclü yağış və şiddətli küləklər gətirib


Kuba ərazisindən keçən Ayk ikinci kateqoriyalı qasırğaya çevrilərək, zəfiləsə də adaya güclü yağış və şiddətli küləklər gətirib. ABŞ-ın Milli Qasırğa Mərkəzindən bildirilir ki, Ayk Kubanın şimal-şərq bölgələrinə çatan zaman bir qədər zəfləyərək, saatda 200 kilometr deyil, 155 kilometr sürətlə əsən küləklərlə müşayiət olub. Sinoptiklərin bildirdiyinə görə, Ayk qasırğası nəticəsində Kubada 15-30 santimetr, bəzi yerlərdə isə 50 santimetrə qədər yağış yağa bilər. Bu yağışlarsa öz növbəsində sellər və torpaq sürüşmələrinə səbəb ola bilər. Kuba rəsmilərinin sözlərinə görə, qasırğadan öncə 800 000-ə qədər insan sığınacaqlara aparılıb, ya da daha hündür yerlərə köçürülüb. Ayk qasırğasının Birləşmiş Ştatların Meksika Körfəzi istiqmətində hərəkət etdiyi zaman yenidən güclənəcəyi gözlənilir. Hava proqnozlarına görə, qasırğa ABŞ-ın sahil bölğələrində böyük dalğalar yarada bilər.

XS
SM
MD
LG