Accessibility links

İranda 31 universitetin tələbə birliyi azərbaycanlı fəallarla bağlı bəyanat yayıb


İranın 31 Universitet tələbə birlikləri İran hakimiyyətinin Azərbaycanlılara qarşı siyasətini pisləyərək özəlliklə Təbriz Universitetinin milli fəallarının həbs edilərək işgəncə və təzyiqlərə məruz qoyulmalarına qarşı bəyanat yayıblar.
Bəyanatda bildirilir ki, İran hakimiyyəti universitetlərin yay tətilindən istifadə edərək Universitet daxilindəki sinfi və milli haqlarını müdafiə edən tələbələri təhsildən məhrum və əksər hallarda həbs edərək işgəncə və təzyiqlərə məruz qoymağa başlayıb. Bəyanatda bu da deyilir ki, keçən təhsil ilində Təbriz universitetindən Nadir Mehdi Qarabağ, Nahid Babazadə, Əmin İmani və Səməd Paşayinin diplom işlərini müdafiələrinin qarşısı alınaraq onlar təhsildən məhrum edilib. Sənəddə ayrıca deyilir ki, Səccad Radmehri və onunla yanaşı çoxlu sayda tələbəni Azərbaycanda və İranın başqa şəhərlərində həbs və təhdidlərlə öz mövqelərini dəyişməyə cəhd ediblər.
Tələbə Birliklərinin bəyanatında qeyd olunur ki, Iran təhlükəsizlik məmurlarının özbaşınalığı nəticəsində Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xaceyi, Əmir Mərdani, Mənsur Əminyan və Məqsud Əhdi həbs edilərək ağır işgəncə və təzyiqlərə məruz qalmaqdadırlar.
Sənədin müəllifləri yazırlar ki, onlar İranın bütün universitetlərinin tələbə dərnəklərinin və tələbə hərəkatının üzvləri olaraq həbs edilən günahsız tələbələrin dərhal azadlığını və toxunulmazlığını tələb edirlər.

XS
SM
MD
LG