Accessibility links

Türkiyənin xarici işlər naziri azərbaycanlı və erməni həmkarları ilə görüşəcək


Türkiyənin xarici işlər nazirinin sölzərinə görə, o, erməni və azərbaycanlı həmkarı ilə görüşərək ölkələr arasındakı uzunmüddətli mübahisələri müzakirə edəcək. Əli Babacan deyib ki, görüş ayın sonunda Nyu-Yorkda BMT Baş assambleyasında keçiriləcək. Məsələ bu gün Türkiyə prezidenti Abdulla Gülün Bakı görüşü zamanı müzakirə olunacaq. Keçən şənbə cənab Gül Ermənistana tarixi səfər etmiş və prezident Serj Sarkisyanla danışıqlar aparmışdı. Türkiyə Ermənistanla əlaqələrini 15 il əvvəl Dağlıq Qarabağ münaqişəsinə görə kəsmişdi.

XS
SM
MD
LG