Accessibility links

Rusiya raketlərdən müdafiə sisteminə bir daha qəti etirazını ifadə edib


Rusiya Xarici İşlər naziri Sergey Lavrov rəsmi Moksvanın ABŞ-ın Polşada raket əleyhinə müdafiə sistemi yerləşdirməsinə qəti etirazını bir daha dilə gətirib. Sergey Lavrov bu açıqlamaları bu gün Varşavada Polşa baş naziri Donald Taskla görüşdən sonra verib. O deyib ki, Moksva Polşanın özündən birbaşa təhlükə görmür, lakin onun sözlərinə görə, hökumət ABŞ -ın raket qalxanı planlarının təhlüksəizliyi ciddi risk altına qoyduğunu hesab edir. Sergey Lavrovun polşalı həmkarı Radek Sikorski etimad yaradacaq addımlar atılmasına çağırıb və Rusiyanın qorxularının zaman keçdikcə ötüb gedəcəyinə ümidlərini ifadə edib. Rusiya ABŞ-la Polşa arasında raket əleyihə müdafiə sisteminə dair keçən ay imzalanmış müqavilənin qəti əleyhinədir. Plana əsasən, Birləşmiş Ştatlar Polşada 10 raket yerləşdirəcək.

Rəsmi Vaşinqton raket əleyhinə sistemin İran kimi beynəlxalq qanunlara riayət etməyən ölkələrdən müdafiə məqsədi daşıdığını bildirsə də, rəsmi Moksva planın Rusiyanın müdafiə qabiliyyətini sarsıtmağı nəzərdə tutduğunu iddia etdir.

XS
SM
MD
LG