Accessibility links

Rasim Musabəyov: “Qərb Türkmənistanla işləsin…”


"Qərb Nabukko layihəsinin reallaşmasında Azərbaycanla yox, Türkmənistanla işləməlidir". Bunu "Amerikanın səsi" radiosunda keçirilən dəyirmi masada politoloq Rasim Musabəyov bildirib.
Cənab Musabəyov deyib ki, Bakı öz qazının bir hissəsini Türkiyəyə ötürməklə onun Avropa istiqamətində nəqli iradəsini artıq nümayiş etdirib.
Nabukkoya gəldikdə, Qərb ölkələri Türkmənistanı həvəsləndirməlidir ki, o özü Azərbaycana müraciət etsin.
"Baxmayaraq ki, türkmən qazının Avropaya çıxması Azərbaycan üçün o qədər də vacib deyil, belə ki, həmən qaz Azərbaycan qazına alternativ olacaq. Buna görə də Nabukko Azərbaycana lazım deyil. Amma Türkmənistanın konkret təşəbbüsü olsa, Bakı buna baxa bilər", - deyə politoloq vurğulayıb.
Cənab Musabəyov Türkiyənin də rolundan narazıdır, belə ki, Ankara Azərbaycanın Şahdəniz qazının ikinci fazasında olan qazı da sərfəli qiymətlə alıb, öz xeyrinə satmaq istəyir. Politoloqun fikrincə, bu, Azərbaycanın maraqlarına ziddir.

XS
SM
MD
LG