Accessibility links

Məhbus valideynləri İranın Ali Məhkəməsinin sədrinə müraciət ünvanlayıb


İki ay öncə Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş azərbaycanlı tələbələrin valideynləri İranın Ali Məhkəməsi və Baş Prokurorluğuna birgə müraciət ünvanlayıb.

“İnsan Haqları Forumu”, “Əxbar Ruz” və “ƏmirKəbir” səhifələrinin yaydığı məlumatlara görə, Fəraz Zehtab, Aydın Xacei, Daryuş Hatəmi, Səccad Radmehr, Mənsur Əminian, Məqsud Əhdi və Məcid Makuinin valideynləri birgə müraciətlərində övladlarının həbsxanada ruhi və fiziki işgəncələrə məruz qalmasından qayğılandıqlarını açıqlayaraq, işgəncə nəticəsində xəsarət almış şəxslərin tibb müəssisələrinə köçürülməsini tələb edir. Müraciət müəllifləri həmçinin övladlarının vəkil tutmaq kimi ən adi insan haqlarından məhrum edilməsindən şikayətlənir və barələrində çıxarılmış həbs-qətimkan tədbirinin dəyişdirilməsinə çağırır.

XS
SM
MD
LG