Accessibility links

Çində baş verən torpaq sürüşməsi yüzlərlə insanın həyatına son qoyub


Tsinxua xəbər agentliyinin məlumatına görə, Çinin şimal Şanksi vilayətində torpaq sürüşməsi səbəbi ilə 178 nəfər həlak olub, 35 adam yaralanıb. Ölənlərin sayı bu gün daha 27 cəsədin aşkar edilməsi ilə yüksəlib. Mətbuat xəbərlərində deyilir ki, min nəfərədək sakini olan kənd palçıq divarının arxasında qalıb. Rəsmilər ölənlərin sayının artacağını deyirlər. Tsunxua xəbər agentliyinin məlumatında isə torpaq sürüməsinə məruz qalan ərazilərin 90?-də artıq axtarış əməliyyatları aparıldığı bildirilir.

XS
SM
MD
LG