Accessibility links

Roma Papası Fransadadır


Roma papası XVI Benedikt 4 günlük səfərlə Parisdədir. Bu gün Pontif Fransa prezidenti Nikola Sarkozi ilə görüşüb. Papa Fransanı hökumətlə din arasındakı dialoqlarına görə alqışlayıb, milli müxtəliflik və mədəni ənənələrə hörmətin vacibliyini vurğulayıb. O, Fransanın müsəlman və yəhudi icmalarının liderləri ilə də görüşəcək. Sabah Papa Parisin mərkəzində kütləvi dini mərasim keçirəcək. Mərasimə 150 mindən çox insanın qatılacağı ehtimal edilir. Daha sonra isə XVI Benedikt Lourdes kilsəsində dua mərasimi keçirəcək. Mərasimə qoşula bilməyənləri nəzərə alaraq Vatikan onların bu təbdiri internetdə canlı izləməsi üçün Lourdes kilsəsində kameralar quraşdırıb.

XS
SM
MD
LG