Accessibility links

Bəzi mənbələrə görə Rusia İranda hərbi bazalar qura biler


İranın “Şəhab Neus” Xəbər Agentliyinin yaydığı məlumata görə, Rusia İranda iki hərbi baza qurmaq niyyətindədir. Həmin mənbə, bazalardan birinin Türkiyə və Azərbaycan Respublikası ilə sərhəddə yerləşən İran Azərbaycanında, ikincisinin isə İran Korfezində yerləşdirilə biləcəyini vurğulayır.

Küveytdə nəşr edilən “Əldar” qəzetinin məlulamtlı mənbələrə istinadən yaydığı məlumata görə, Moskvanın İran Körfəzində yerləşən “Qeşm” adasında qurmaq arzusunda olduğu ikinci baza əsasən raketlərdən müdafiə qurğularından ibarət olacaq. Həmin Mənbə əlavə edir ki, bu sistem ABŞ-ın Polşa və Çexiyada yerləşdirmək istədiyi roketlərdən müdafiə qurğularından və ABŞ-ın İran Körfəzindəki hərbi donanmasından gələn təhlükələrə cəvab olaraq nəzərdə tutulur.

Iranın “Cam-e Cəm” qəzeti isə İranda ən azı iki hərbi bazanın təsis edilməsinin vacibliyi barədə Kremlin qarşısında təkliflə ilk dəfə olaraq Rusianın İran Tədqiqat Mərkəzinin çıxış etdiyini qeyd edir.

Yayılan xəbərlərə görə, bütün bunların qarşılığında Moskva Tehrana bir sıra şirnikləndirici vədlər verib. Belə ki, Rusia tərəfi, İranın Buşehr nüvə qurğularının 2009-cu ilə dək təkmilləşdirilərək istifadəyə verilməsinə və İsrail İrana hücum etdiyi təqdirdə bu ölkəyə hərbi dəstək olacağına təminat verib.

Bir neçə gün öncə, Rusianın Nüvə Agentliyi, İranın Buşehr Nüvə Stansiyasının təkmilləşdiriləcəyi ilə bağlı rəsmi açıqlama ilə çıxış etmişdi. Rusia və İran xarici işlər nazirlərinin bu gün başlayan danışıqlarından öncə isə Rusiyanın xarici işlər naziri Sergey Lovrov Buşehrlə bağlı əmakdaşlığın yaxşı səviyyədə olduğunu təsdiqləyib.

Londonda nəşr edilən “Ceymz Defens” Jurnalı hərbi -diplomatik mənbələrə istinadən Moskvanın 1992 və 1997-ci illərdə İrana təhvil verdiyi üç sualtı qayıqlarından birinin yenidən qurulması, izləmə cihazları, suda ve quruda hədəfləri vura biləcək raket sistemi ilə silahlandırılması haqda məlumat yayıb.

Qeyd edək ki, İran rəsmiləri Ruslara hərbi baza verilib- verilməməsi kimi iddialara hər-hansı münasibət bildirməyib.

XS
SM
MD
LG