Accessibility links

Loqar vilayətinin qubernatoru öldürülüb


Əfqan polisinin bildirdiyinə görə, uzaqdan idarə olunan bombanın partlaması nəticəsində Loqar vilayətinin qubernatoru və digər 3 nəfər həlak olub. Əfqanıstan paytaxtı Kabildən təxminən 20 kilometr uzaqlıqda olan Paqman şəhərində baş verən partlayışın məsuliyyətini Taliban öz üzərinə götürüb. Hadisə zamanı qubernator Abdulla Vardak, onun sürücüsü və iki mühafizəçisi həlak olub. Yerli polis rəsmisi general Mustafa Xan deyir ki, bomba Vardakın evinin yaxınlığında partlayan zaman o, öz maşını ilə işə gedirdi. Polisin sözlərinə görə, bu, Loqarın qubernatoruna qarşı son aylarda hazırlanan ikinci sui-qəsd cəhdi idi. Prezident Həmid Kərzai hökumətində kabinet naziri olmuş Vardak 2001-ci ildə ABŞ qüvvələrinin Əfqanıstana müdaxiləsindən bəri əfqan qüvvələrə rəhbərlik edib.

XS
SM
MD
LG