Accessibility links

Roma papası Fransada nitqinə 250 min insan cəlb edib


Roma papası Benedikt bugün Parisdə 250 min adamın iştirak etdiyi messa keçirib. O, etiqadı olanları materializmi və pula sevgini rədd etməyə çağırıb. Pontif Sena çayı sahilində parlaq günəş altında izdihama müraciət edib. O, deyib ki, pul və hakimiyyət sevgisi bütpərəstliyin yeni növləridir və o, bunu saxta allahlara ibadət etməyə bənzədib. İzdiham üzvlərinin bir çoxu dünən gecədən messanı dinləmək üçün çadırda qalmışdılar. 16-cı benedik Parisə 4 günlük səfərdədir. O, həmçinin Fransanın cənubunda Lurd katolik pirinə getməyi planlaşdırır. Kilsənin inancına görə bu il həmin yerdə kəndli qızın Bakirə Məryəmi görməsinin 150-ci ildönümüdür.

XS
SM
MD
LG