Accessibility links

Rusiyada təyyarə qəzaya uğrayıb


Rusiya rəsmilərinin sözlərinə görə, Ural dağlarında qəzaya uğrayaraq 88 nəfərin həyatına son qoyan “Aeroflot”-a məxsus təyyarəsinin qara qutusu aşkar edilib. Onlar ümid edir ki, uçuşun göstəriciləri “Boeing 737”-nin qəzaya uğramasının səbəblərini anlamağa yardım edəcək. Moskvadan Perm şəhərinə gedən təyyarənin içərisində olan 82 sərnişin və 6 ekipaj üzvünün hamısı həlak olub. Ölənlər arasında 8 azərbaycanlı da var. Onlardan 7-si Azərbaycan, 1-i isə Rusiya vətəndaşıdır. Rəsmilərin sözlərinə görə, qəzaya uğramış laynerin qırıntıları Trans Sibir dəmir yolunun üzərinə düşdüyündən Perm-Yekaternburq qatar reysləri müvəqqəti təxirə salınıb. Təyyarənin enməzdən qısa bir müddət əvvəl qəzaya uğradığını dilə gətirən rəsmilər deyiblər ki, hadisənin terror aktı olmasına heç bir işarə yoxdur. “Aeroflot” şirkəti hadisənin hər bir qurbanının ailəsinə 80 min dollarlıq kompensasiya təklif edib.

XS
SM
MD
LG