Accessibility links

Hindistandakı partlayışlarda şübhəli bilinən 10 nəfər həbs edilib


Hindistan polisi dünən Yeni Dehlidə baş verən və 30 nəfərin ölməsi, 100-dən çoxunun yaralanması ilə nəticələnən ardıcıl bomba hücumlarını həyata keçirməkdə şübhəli bilinən 10 nəfəri saxlayıb. Rəsmilərin sözlərinə görə, bombalar paytaxtın mərkəzindəki 4 bazarda aralarında qısa fasilələr olmaqla 30 dəqiqə müddətində partlayıb. Polis digər 4 bomba hücumunu təkzib edib. İslamçı militant qrup “Hindistan Mücahidləri” yerli xəbər mərkəzinə e-mail yazaraq məsulliyəti öz üzərinə götürdüyünü bildirib. Habelə digər kiçik bir qrup iyul ayında baş vermiş bomba partlayışlarının məsuliyyətini öz üzərinə götürüb. Hindistan baş naziri Manmohan Sing hücumu ittiham edib, Yeni Dehlinin meri isə insanları sakitləşməyə çağırıb. Pakistan prezidenti Əli Zərdari və baş naziri Yusuf Rza Gilani hadisədə məsuliyyət daşıyanları “insanlığın düşmənləri” adlandırıb.

XS
SM
MD
LG