Accessibility links

Zimbabvedə hakimiyyət bölgüsü baş tutdu


Zimbabve prezidenti Robert Muqabe və müxalifət liderləri dönüş nöqtəsi olan hakimiyyət bölgüsü haqda razılaşmaya imza atıblar. Bu, iqtisadi böhranının dərinləşməsinə və aylardır davam edən siyasi çıxılmazlığa son qoymaq məqsədi daşıyır. Bu gün sazişi imzalayandan sonra cənab Muqabe və onun rəqibi Demokratik Dəyişiklik Hərəkatının lideri Morqan Çanqiray Hararedə əl sıxıblar. Mərasimdə cənab Çanqiray Zimbabvenin rəqib partiyalarını vahid hökumət uğrunda birgə işləməyə çağırıb. 84 yaşlı cənab Muqabe nitqi zamanı ABŞ və “Müstəmləkə qüvvələri” tənqid atəşinə tutub. Razılaşmaya əsasən Muqabe prezident, Çanqiray isə baş nazir vəzifəsini icra edəcək. Zimbabveyə sanksiyalar tətbiq edən Avropa Birliyi hakimiyyət bölgüsü razılaşmasını alqışlayıb.

XS
SM
MD
LG