Accessibility links

Amerikalı ekspertlər Türkiyənin Qafqaz təşəbbüsünü müsbət qiymətləndirir


Rusiyanın Gürcüstana qəfil qoşun yeritməsi Qərb dövlətləri arasında dərin hiddət doğurub. 21-ci əsrdə suveren dövlətin sərhədlərini kobudcasına pozmaqla və separatçı Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanımaqla, Rusiya təkcə Qərbi narahat etmir. Regiondakı dövlətlər sırasında son hərbi müdaxilənin Türkiyəyə də ciddi təsriləri var.

Alman Marşall Fondunun transatlantik münasibətlər üzrə mütəxəssisi İan Lesser Rusiya-Gürcüstan münaqişəsinin Türkiyəni çətin vəziyyətə saldığını söyləyir. Belə ki, Türkiyənin regional maraqları ilə onun Rusiya ilə ticarət münasibətləri arasında təzad meydana çıxır: “Rusiya Türkiyənin ən böyük ticarət tərəfdaşıdır. Moskva ilə siyasi əlaqələr də gündən günə inkişaf edir. Türkiyədə bzi dairələr Rusiya ilə strateji münasibətləri qurulmasına səsləyirlər. O biri tərəfdən Türkiyə NATO üzvü olaraq həm Avropa həm də ABŞ-la yaxşı münasibətlərə malikdir. Bu üzdən Türkiyə Qərbin Rusiya ilə bağlı yürüdəcəyi siyasəti diqqətlə izləməlidir.”

İan Lesserin sözlərinə görə Türkiyə Monro anlaşması çərçivəsində Amerikanın humanitar yardım gəmilərini Qara Dənizə buraxdı. Lakin mümkündür ki, qarşıda daha çətin veriləsi qərarlar var. Əgər Qərb Gürcüstana hərbi yardım verməyə başlasa və NATO Qara Dənizdə iri donanma saxlamaq istəsə onda Türkiyə daha böyük dilemma ilə üzləşəcək.

Ekspertin fikrincə rəsmi Ankara güman ki, Rusiya ilə Qərb arasında vasitəçi rolunu oynamağa çalışacaq. Amma qarşıdurma gücləndiyi halda Türkiyə NATO alyansı daxilindəki mövqeyini qorumaq məcburiyyətində qalacaq. Türkiyənin Rusiya ilə münasibətlərdən bəhrələnməsinə baxmayaraq ölkənin uzun müddətli maraqları Qərblə ittifaqdadır.

Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin eksperti Stefen Flanaqan da İan Lesserin fikirlərini bölüşür. Onun sözlərinə görə Rusiya-Gürcüstan qarşıdurmasında Türkiyə xeyli neytral mövqe sərgiləyib. Lakin Ankaranın Qafqaz Evi adlı son təşəbbüsündə müsbət siqnallar mövcuddur. Belə ki, regionda dövlətlərin əməkdaşlıq etməsi, enerji təhlükəsizliyi və nəqliyyatının təminatı kimi məsələlər uzun müddətli dönəmdə ABŞ maraqlarına uyğun gəlir. “Birləşmiş Ştatlara hökmən lazım deyil ki, Gürcüstan və Azərbaycan NATO üzvü olsunlar. Amma bu dövlətlərin suveren və müstəqil qalması Amerika üçün mühümdür,” deyə o, bildirib. Flanaqanın fikrincə Türkiyənin Ermənistanla bağlı son hərəkətləri Dağlıq Qarabağ münaqişəsinin həllinə də yardımçı ola bilər. belə ki, regiondakı dövlətlər bir daha gördülər ki, bu növ donmuş konfliktlər gələcəkdə qeyri-sabitlik mənbəyi ola bilər və arzuedilməz nəticələrə gətirib çıxarar. Regional dövlətlər analyırlar ki, problemlərə məşğul olmağın anı indidir.

Ekspert Antoni Kordesman Ermənistanla Türkiyə arasında başlıca nifaq nöqtələrindən olan soyqırım məsələsinə reaksiya verərəkən hadisələrin uzaq keçmişdə, Birinci Dünya Müharibəsində baş verdiyini bildirmiş və əvəzində öləkələrin gələcəyə və yaşayan insanlara diqqət yetirməyin vacibliyini vurğulamışdır. Kordesmanın rəyinə görə Türkiyə-Ermənistan münasibətlərində irəliləyiş baş verərsə bu, təkcə iki ölkəyə yox, bütün regiona təsir göstərə bilər. Belə olan halda regionda sərhədlər sabitləşər, iqtisadi münasibətlər yaxşılaşar, vətəndaşların hərəkətlərinə qoyulan məhdudiyyətlər aradan qalxar.

XS
SM
MD
LG