Accessibility links

ABŞ müdafiə naziri Bağdaddadır


İraq rəsmilərinin sözlərinə görə, ABŞ müdafiə naziri Robert Geytsin səfər etdiyi paytaxt Bağdad şəhərində 2 bomba partlayışı nəticəsində 12 nəfər həlak olub, 30 insan isə xəsarət alıb. Bu gün şəhərin mərkəzi hissəsində Karrada məhəlləsində bir sıra ardıcıl bomba partlayışları həyata keçirilib. Buna baxmayaraq, cənab Geyts keçən il İraqa göndərilən əlavə qüvvələrin geri çağırılmasının təsirlərini müşahidə etmək üçün Bağdada gəlib. Bu qoşunların qayıdışı, İraqdakı Birləşmiş Ştatlar qüvvələrini 25 faiz azaldır. Robert Geyts deyib ki, qüvvələrin geri çağırılması ilə münaqişə yeni mərhələyə daxil olur. Onun səfəri ABŞ-ın İraqdakı generalı Deyvid Petreasın hərbi komandanlığı Rey Odiernoya təhvil verməsindən bir gün əvvələ təsadüf edir.
XS
SM
MD
LG