Accessibility links

David Bakradze: “Rusiyanın təcavüzü Azərbaycan üçün də problemlər yaradır”


“Rusiyanın Gürcüstana təcavüz etməklə ərazi bütövlüyü prinsipini pozması Azərbaycan üçün də problemlər yaradır”. Bunu “Amerikanın səsi”nə eksklüziv müsahibəsində Gürcüstan parlamentinin sədri David Bakradze bildirib.
Cənab Bakradze deyib ki, Gürcüstanla Azərbaycan Qafqazın sabitliyində ortaq maraqları bölüşürlər. Onun fikrincə, Gürcüstanda baş verənlər Avropanın təhlükəsizliyi üçün fundamental sualdır.
Belə ki, ilk növbədə demokratiya və regionun enerji təchizatı məsələləri təhlükə altına düşür: “Əgər Gürcüstan Rusiyanın nəzarətinə keçərsə, bu o deməkdir ki Azərbaycan öz neft-qaz resurslarının Avropaya nəqlində alternativ yolunu itirəcək. Habelə bütün enerji təchizatı kəsiləcək. Buna görə də Qafqazda və Avropada təhlükəsizliyin təmin edilməsi məsələsində Azərbaycan və Gürcüstan eyni maraqları bölüşür”.
Gürcüstan partlamentinin spikeri Azərbaycanı ölkəsinin stratejı tərəfdaşı adlandıraraq, ümid edib ki, rəsmi Bakı da, regionun digər dövlətləri ilə birlikdə, prinsipləri müdafiə etmək işində qətiyyət göstərəcək.
“Prinsip deyəndə söhbət Azərbaycan üçün də çox mühüm olan ərazi bütövlüyü prinsipindən gedir. Bu, həm də Azərbaycanın maraqlarıdır və nə Rusiyadan, nə də Gürcüstandan asılıdır. Bu, prinsiplərin müdafiəsindən asılı olan məsələdir” - deyə Gürcüstan parlamentini spikeri vurğulayıb. Devid Bakradze bir daha bəyan edib ki, əgər Rusiya beynəlxalq səviyyədə formalaşmış prinsipləri poza bilirsə, deməli Avropanın təhlükəsizliyi sabit deyil
XS
SM
MD
LG