Accessibility links

Vladimir Sokor: “Qərb Azərbaycana təminatlar verməlidir”


Amerika və Avropanın Cənubi Qafqazdakı maraqları ciddi böhranla üzləşib. Bunu Vaşinqtondakı Ceymstaun Fondunda "Rusiya Gürcüstan müharibəsinın ABŞ və Avropa üçün nəticələri" mövzusunda keçirilən konfransda fondun eksperti Vladimir Sokor bəyan edib.
Cənab Sokor deyib ki, Rusiyanın Gürcüstana təcavüzü demokratiya və enerji də başda olmaqla Qərbin prioritet dəyərlərini bu regionda təhlükə altına qoyub.
"Bu vacib avroatlantik maraqlar Rusiya-Gürcüstan müharibəsi üzündən indi risk altındadır".
Ekspertin firkincə, Gürcüstanla yanaşı, regional dəhliz təşkil edən Azərbyacan da indi böhran keçirir. Belə ki, bu ölkənin də enerji infrastrukturu və nəqliyyat dəhlizləri sistemi pozulub.
Cənab Sokora görə, Qərb indi prosesə ciddi müdaxilə etməli və böhranın qarşısını almalıdır.
Onun fikrincə, burada 2 ssenari mövcuddur. Birinci yol Rusiyanın hərbi qüvvələrini Cənubi Abxaziya və Osetiyadakı bufer bölgələrdən çıxarmaq və regionun sabitliyinə nail olmaqdır. Digər yol isə Gürcüstanın NATO və Avropanın təhlükəsizlik sisteminə inteqrasıyasına yönəlik səyləri intensivləşdirmək və beləliklə də Moskvaya qarşı diplomatik cəbhə açmaq olardı.
Cənab Sokorun fikrincə, Qərb Rusiyanın Cənubi Qafqaza məsələn, sülhyaratma missiyası adı altında, müxtəlif libaslarda daxil olmasına imkan verməklə böyük səhv buraxıb.
Belə ki, Dağlıq Qarabağ və digər münaqişələrin Rusiya-Amerika və Rusiya-NATO müstəvisində müzakirəsi düzgün nizamlama yolu deyildi.
Paralel olaraq, region ölkələrinin Avroatlantik dəyərlər sisteminə inteqrasiyası üçün olduca uzun yol müəyyənləşib.
Onun firkincə, indi NATO da paralel olaraq bölgədə sülhyaratma missiyasını ələ almalı və ora beynəlxalq nəzarəti təşkil etməlidir.
Ekspert regionun yeni qüvvələr düzümündə Türkiyənin də rolunu vacib sayır. Belə ki Ankara bölgədə sabitliyin qorunmasında Qərblə oxşar maraqları paylaşır.
"Türkiyənin Qafqazda sülh paktının yardılması barədə təklifi və bunun ətrafında həyata keçirilən son təmaslara ciddi münasibət bəslənilməlidir. Bu, bütün regionun sabitliyi üçün yaxşı düşünülmüş addımdır".
Bununla yanaşı, Ceymstaun fondunun eksperti Türkiyənin Avropanın enerji təhlükəsizliyində bir sıra çətinliklər yaratdığını vurğulayıb.
Belə ki, Ankara xüsusilə Nabukko kəməri üçün nəzərdə tutulmuş Azərbaycan qazını Bakıdan ucuz alıb, Avropaya baha satmaq istəyir. Onun firkincə, Qərb Azərbaycana da enerji və təhlükəsizlik məsələlərində təminatlar verməlidir.
Konfransda iştirak edən Türkiyənin Vaşınqtondakı konsulu Tuncay Babalı isə "Amerikanın səsi" radiosuna açıqlamasında Türkiyənin Nabukko layihəsində sonadək maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, problem layihənin rentabelliyində yox, Ankaranın özünün qaza tələbatının artmasındadır. Belə ki, bütün Avropa ölkələri kimi, Türkiyə də öz enerjı təchizatında Azərbaycan qazına ümid bəsləyir. Cənab Babalının dediyinə görə, Azərbaycan tərəfi əvvldən Nabuuko ilə nəql ediləcək qazın 15 faizini Türkiyəyə satacağına vəd verib ancaq sonra bu anlaşma pozulub.

XS
SM
MD
LG