Accessibility links

Rusiya Gürcüstanın separatçı regionları ilə dostluq və əməkdaşlıq haqda razılıqlar imzalayıb


Rusiya Gürcüstanın separatçı regionları – Cənubi Osetiya və Abxaziya ilə dostluq və əməkdaşlıq razılıqları imzalayıb. Rusiya prezidenti Dmitri Medvedyev bu gün sənədə qol çəkərək söz verib ki, ölkəsi bu regionları müdafiə edəcək. O, habelə xəbərdarlıq edib ki, Gürcüstanın təcavüzünü davam etdirməsi regional fəlakətə gətirib çıxaracaq.

Günün əvvəlində Rusiya Xarici İşlər Nazirliyi NATO baş katibi Yap de Hup Şeffer və alyans nümayəndələrinin bu həftə Gürcüstana səfərini kəskin tənqid edib. Bu gün açıqlanan bəyanatda səfər "Anti-Rusiya" mahiyyətli adlandırılır və deyilir ki, bu NATO-nun hələ də Soyuq Müharibə düşüncəsi ilə idarə olunduğunu göstərir.


XS
SM
MD
LG