Accessibility links

Zeyno Baran: “Tezliklə hər şey məlum olacaq...”


"Hazırda Minsk Qrupunun birlikdə işləməsi çətin məsələdir". Bunu "Hadson" Araşdırmalar Mərkəzinin Avrasiya proqramının direktoru Zeyno Baran "Amerikanın səsi"nə müsahibəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona ayrı ayrılıqda səfər etmələrinə münasibət bildirərkən deyib.
Ekspert deyib ki, indiki vaxtda həmsədrlərin bir yerdə işləməsi real görünmür: "Bu, mənim şəxsi fikrimdir. Qafqazda gərginliyin artdığı və Amerikanın Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirdiyi bir vaxtda Minsk Qrupunun birlikdə işləməsi ən azı qısa bir müddət üçün real deyil".
Zeyno Baran diqqəti habelə son günlər Qarabağ münaqişəsilə bağlı Rusiya və Türkiyənin ayrı-ayrılıqda diplomatik səylərini intensivləşdirməsinə yönəldib. Onun firkincə, indi region uğrunda nüfuz rəqabəti gedir.
"Hər kəs bölgədə bir şeylər etməyə çalışır. Rusiya da Qafqazda möhkəmlənmək istəyir, Türkiyə də. Bu təşəbbüslərin nə qədər bir-biri ilə koordinasia olunduğunu demək çətindir. Deyilənlərə görə, hamı həll istəyir. Amma yanaşmalar fərqlidir. Tezliklə hər şey məlum olacaq", - deyə Zeyno Baran vurğulayıb.
Ekspert onu da deyib ki, indi əsas sual Türkiyənin regionda vasitəçilik səylərini Amerika və Rusiya ilə necə uzlaşdırmasıdır.

XS
SM
MD
LG