Accessibility links

ABŞ Dövlət katibi Rusiyanın təcavüzkarlığı və avtoritarlığı barədə xəbərdarlıq edib


ABŞ dövlət katibi Kondoliza Rays Rusiyanın təcavüzkarlığı və artmaqda olan avtoritarlığı barədə xəbərdralıq verib. Xanım Rays deyib ki, Rusiyanın Gürcüstana müdaxiləsi heç bir strateji məqsədə xidmət etməyib. Dövlət katibinin bildirdiyinə görə, Amerikanın məqsədi Rusiya liderlərinə onu aydın etməkdir ki, onların seçimi Rusiyanı onun ifadəsilə, “özünün yaratdığı təcrid və beynəlxalq etinasızlıq yoluna” aparıb çıxarır.

Kondoliza Rays bildirib ki, Amerika və Avropa Rusiyaya qarşı çıxmalı və Rusiyanın təcavüzdən bəhrələnməsinə mane olmalıdır. ABŞ Dövlət katibinin sözlərinə görə, Rusiya tam potensialına çatması üçün beynəlxalq siyasi və iqtisadi nizama bütünlüklə inteqrasiya etməlidir.

XS
SM
MD
LG