Accessibility links

Svante Kornell: “Bakı geosiyasi dilemma qarşısındadır”


"Azərbaycan çətin geosiyasi dilemma qarşısındadır". Bunu Con Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz institunun araşdırma proqramlarının direktoru Svante Kornell Vaşınqtonda keçirilən "Avropa Birliyi-Mərkəzi Asiya təhlükəsizlik forumu" və "Gürcüstan-Rusiya müharibəsinin Amerika üçün nəticələri" adlı konfranslarda bəyan edib.
Cənab Kornell deyib ki, Azərbaycan hökumətinin yürütdüyü balanslaşdırılmış siyasət indiki regional qarşıdurmanın fonunda onun öz əleyhinə yönəlib. Belə ki, Bakı həssas seçimlə üz-üzə qalıb.
"Rusiya və Qərb arasında toqquşma şəraitində Azərbaycanın mövqeyi zəif olur, çünki bu ölkə çoxtərəfli diplomatiya şəraitində öz mövqeyini qəti şəkildə qoruya bilmir".
Ekspert deyib ki, "böyük güclərin" adekvat olmayan rəqabətləri fonunda Bekı geosiyasi seçimini etməkdə çətinlik çəkir, belə ki, bu ölkə nə Moskvaya tam güvənə bilir, nə də Qərbdən lazımi təminatlar görməyib.
"İndi top Qərbdədir. Əgər Amerika və Avropa ölkələri Azərbaycan kimi vacib dəhlizi itirmək istəmirlərsə, ciddi hərəkətə keçməlidirlər", - deyə Svante Kornell vurğulayıb.

XS
SM
MD
LG