Accessibility links

İsrailin xarici işlər naziri Tzipi Livni Kadima partiyasına lider seçildi


İsrailin xarici işlər naziri Tzipi Livni 43% səs toplayaraq, 42% əldə edən nəqliyyat naziri Şaul Mofaza qalib gələrək, Kadima partiyasına liderliyi əldə edə bilib. Qeyd edək ki, xanım Livni 30 ildən çox bir müddətdə İsraildə ilk qadın baş naziri olmaq şansı qazandı. Bu gün etdiyi çıxışında xanım Livni tez bir zamanda yeni koalisiya hökuməti yaradacağına söz verdi.
Tzipi Livni İsrailin baş naziri Ehud Olmertlə bağlı korrupsiya qalmaqalından sonra onun başçılıq etdiyi partiyaya lider seçildi. Cənab Olmertin isə ona qarşı irəli sürülən korrupsiya ittihamlarına görə mübarizə aparmaq fikri var. Ehud Olmert eləcə də, xanım Livni yeni koalisiya hökuməti quracağı müddətdə baş nazir vəzifəsini icra edəcək.

XS
SM
MD
LG