Accessibility links

Britaniya baş naziri Gürcüstana dəstəyini bildirib


Britaniyanın baş naziri Qordon Braun NATO müdafiə nazirlərinin London görüşündə Gürcüstanda böhrandan çıxış yollarını müzakirə etdiyi vaxt Gürcüstanın ərazi bütövlüyünə dəstəyini bildirib. Britaniya lideri bu açıqlamalarlı gürcü həmkarı Lado Qurqenidze ilə görüşü zamanı verib. Cənab Braun Gürcüstana maliyyə və iqtisadi dəstək vəd edərək deyib ki, Britaniya digər ölkələri də yardım göstərməyə çağırır.

Dünən ABŞ Müdafiə naziri Robert Geyts bildirmişdi ki, o, NATO nazirlərini Gürcüstan məsələsində Rusiya ilə birbaşa qarşıdurmadan çəkinlməyə çağırıcaq.

Bu arada, Gürcüstan prezidenti Mixail Saakaşvili Nyu Yorkda BMT-nin Baş Assambleyasının gələn həftə açılacaq sessiyasına yola düşməzdən əvvəl ölkəsinin gələcəyilə bağlı nikbinliyini ifadə edib.

XS
SM
MD
LG