Accessibility links

Amerika kredit böhranından çıxış yolu axtarır


ABŞ-ın maliyyə naziri Henri Polson Amerika hökumətinin qlobal kredit böhranının həlli məqsədi ilə yüz milyardlarla dollar ayırmağa hazır olduğunu deyib. Qanunvericilər və Buş administrasiyası Vaşqintonda görüşüb, xilas planının təfərrüstları üzərində iş aparır. Dünən respublikaçılarla demokratlar hökumətin maliyyə təsisatlarının böyük borclarını ödəməsinə dair razılıq əldə etmişdi. Lakin qanunvericilər hələ ki, hökumətin nə qədər borcu ödəyəcəyi və ya hökumətin maliyyəyə təsisatlarından təzminat üçün nə tələb edəcəyinə dair raızlığa gəlməyiblər.

XS
SM
MD
LG