Accessibility links

Moskva BMT-nin İrana qarşı yeni ölçülərinin əleyhinədir


Rusiyanın Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Moskva BMT-nin İranın nüvə proqramına qarşı yeni ölçülərinin əleyhinədir. Nazirlik Tehranın da iştirakı ilə konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini önə çəkir. Dünən Rusiya, ABŞ, Fransa, Böyük Britaniya, Çin və Almaniya rəsmiləri Vaşinqton görüşü zamanı İrana qarşı yeni sanksiyalar barədə konsensus əldə edə bilməmişlər. ABŞ-ın Dövlət Departamentinin sözçüsü Robert Vud rəsmilərin İrana münasibətdə ikişərtli strategiyanı qəbul etdiklərini bir daha təkrar etdiklərini bildirib. Bu strategiya uran zənginləşdirilməsinin dayandırması müqabilində həvəsləndirici təkliflər paketi, əks təqdirdə isə yeni sanksiyaları nəzərdə tutur.

XS
SM
MD
LG