Accessibility links

İslamabadda partlayış nəticəsində 40 nəfər həlak olub


Pakistanın polisinin bildirdiyinə görə, paytaxt İslamabadda mehmanxanada baş verən güclü partlayış zamanı 40 nəfər həlak olub, onlarla insansa yaralanıb. Partlayıcılarla dolu maşın yerli vaxtla axşam saat 8 radələrində Marriot otelin qüclü mühafizə olunan darvazasından içəri daxil olub. Rəsmilər ölənlərin sayının artacağını istisna etmirlər. Partlayış baş verən zaman binanın içərisində 100-dən çox insan olub. Bu arada Pakistan ordu rəsmiləri deyir ki, intiharçının hərbi Konvoya hücumu zamanı azı 6 nəfər həlak olub. Şəhər meri Murad Xan deyir ki, hücuma məruz qalarkən Mir Əli şəhəri yaxınlığında olan konvoy Şimali Vəziristan ucqar regionunun mərkəzi şəhəri Miran Şaha gedirdi. Xan deyir ki, 3 əsgər və 1-i uşaq olmaqla 3 mülki vətəndaş partlayış zamanı dünyasını dəyişib. Ən azı 5 əsgər isə yaralanıb.Hücumun məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib.

XS
SM
MD
LG