Accessibility links

ABŞ prezidenti kolumbiyalı həmkarını Ağ Evdə qəbul edib


ABŞ prezidenti Corc Buş və onun Kolumbiyalı həmkarı Alvaro Uribe Konqresi azad ticarət razılığının təsdiqinə çağırıb. Hər iki prezident bu razılığın ölkələrinin mənafeyinə xidmət etdiyini bildirib. Bu gün Ağ Ev görüşündən sonra prezident Buş ABŞ qanunvericilərini bu razılığın təsdiqinə yol vermədiyinə görə tənqid edib. O deyib ki, sənəd ötən il iqtisadi gəlirlərinin yarısını təşkil edən Amerika mallarının ixracını artıracaq. ABŞ dövlət başçısı prezident Uribenin terrorimlə mübarizə səylərini alqışlayıb. Kolumbiya prezidenti isə deyib ki, azad ticarət sazışı terrorimlə mübarizəyə yardım etməklə yanaşı, ölkəsinə investisiya qoyuluşunu artıracaq və insanları daha keyfiyyətli iş yerləri ilə təmin edəcək.

XS
SM
MD
LG