Accessibility links

"Azərbaycanda dini azadlıqlar pozulur"


Hesabatın Azərbaycana aid bölməsində ölkənin Konstitusiya və qanunlarında dini azadlığın tam təmin edildiyi, bununla yanaşı qeydiyyatlar zamanı bir çox məhdudiyyətlərin qeydə alındığı bildirilir.“Ölkədə “Qeyri-ənənəvi” dini qrupların üzvü olan şəxslər saxlanılır. Ölkədə əhalinin 96 faizi müsəlmandır. Dini Qurumlarla iş üzrə dövlət komitəsinin məlumatına görə, şiələr əhalinin 65, sünnilər 35%,-ni təşkil edir. Hesabatda hökumətin bəzi dini azadlıqları məhdudlaşdırdığı qeyd edilir.
Dövlət Departamentinin illik hesabatına görə, Azərbaycanda qeydiyyat məşəqqətlidir və bəzi qruplar 7 mərhələli qeydiyyat prosesindən keçir.Sənəddə deyilir ki, Neftçala rayonunda və Zaqatala rayonunun Əliabad kəndində baptist kilsəsinin fəaliyyətini məhdudlaşdırmaq faktları qeydə alınıb. Gəncə və Sumqayıtdakı xristianlar da eyni problemlərlə üzləşiblər.
Hesabatda yazılır: “ “Cümə” məscidi hələ də bağlıdır, icmanın imamını ölkəni tərk etməyə qoymurlar. Vəhabilərə münasibət xüsusilə amansızdır. Hakimiyyət ölkəyə dini kitab gətirilməsinə və həmin kitbların satışına nəzarət edir”.
Hesabatın Azərbaycana aid son bölməsində ABŞ hökumətinin siyasətinə yer ayrılıb. Orada deyilir ki, Birləşmiş Ştatlar hökuməti insan haqlarının yaxşılaşdırılması siyasətinin bir hissəsi kimi yerli hökumətlə dini azadlıqlar məsələsini müzakirə edir. ABŞ səfiri və səfirliyin başqa əməkdaşları din azadlığını müşahidə emək üçün müsəlman, xristian və yəhudi dini liderlərlə və qeydiyyatdan keçməmiş dini qrupların üzvləri ilə görüşüb. Səfirlik işçiləri habelə dini azadlıqlarla bağlı faəliyyət göstərən qeyri-hökumət təşkilatları ilə də yaxın əlaqələr qurub.
XS
SM
MD
LG