Accessibility links

Qlobal kredit böhranının həlli məqsədi ilə 700 milyard dollarlıq plan təbliğ edilir


ABŞ-ın maliyyə naziri Henri Polson Amerika hökumətinin qlobal kredit böhranının həlli məqsədi ilə 700 milyard dollarlıq planının təbliğ edir. Dünən ABŞ prezidenti Corc Buş bildirib ki, hökumətin maliyyə bazarlarına yardımı adi amerikalıların düşdüyü çıxılmaz vəziyyətə kömək məqsədi daşıyır. Prezident Buş deyib ki, bir çox vergi ödəyənin pulları risk altına düşür, lakin heç nə etməmək bundan baha başa gələ bilər. Respublikaçılarla demokratlar da bu həftə hökumətin maliyyə təsisatlarının böyük borclarını ödəməsinə dair razılıq əldə etmiş və hazırda təfərrüatlar üzərində iş aparılır. ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama prezidentin təklifini dəstəklədiyini bildirib. Bəzi respublikaçılar isə maliyyə böhranından siyasi məqsədlə istifadə edilə biləcəyindən ehtiyat edirlər.

XS
SM
MD
LG