Accessibility links

Sloveniyada parlament seçkiləri keçirilir


Bu gün Sloveniyada parlament seçkiləri keçirilir. Yarışlar Sloveniyanın Demokrat və mərkəz-solçu Sosial Demokratlar partiyaları arasında gedir. 4 il baş nazir vəzifəsində olan Yanez Yansa hakimiyyət uğrunda mübarizəsini davam etdirir. Onun partiyası Borut Pahorun başçılıq etdiyi Sosial Demokratlarla gərgin yarışlar aparır. Hər partiyanın səslərin 23-lə 29 faizini əldə edəcəyi və qalibin koalisiya hökuməti yaradcağı təxmin edilir. 2 milyona yaxın əhaliyə malik olan Sloveniya həm NATO, həm də Avropa Birliyinə üzvdür.

XS
SM
MD
LG