Accessibility links

İran prezidenti  yeni təhdidlərlə çıxış edib


İran prezidenti Mahmud Əhmədinejad bildirir ki, ölkəsinə qarşı “silah tətiyinə uzanan əllər” İran ordusu tərəfindən sındııralacaq. Prezident İranın qanuni maraqlarına ziyan vuran, ölkəsinə müdaxilə etmək niyyətində olan hər bir qüvvəyə xəbərdarlıq verib. Bu təhdidləri Mahmud Əhmədinejad televiya ilə canlı yayımlanan hərbi parad zamanı edib. Cümə günü Rusiya, ABŞ, Fransa, Böyük Britaniya, Çin və Almaniya rəsmiləri Vaşinqton görüşü zamanı İrana qarşı yeni sanksiyalar barədə konsensus əldə edə bilməmişdi. Moskva BMT-nin İranın nüvə proqramına qarşı yeni ölçülərinin əleyhinə olduğunu bəyan edib.

XS
SM
MD
LG