Accessibility links

Pakistan baş naziri xalqa müraciət edib


Pakistan baş naziri Yusif Rza Gilani ictimaiyyətə müraciət edərək dünən baş verən və 60 nəfərin həyatına son qoyan intiharçı hücumunda məsuliyyət daşıyanların tapılmasına yardımlarını əsirgəməməyə çağırıb. Baş nazir xalqı Pakistanın demokratiyası və iqtisadiyyatının stabiliyyini pozmağa çalışan “Qara qoyunu” izolyasiya etməyə səsləyib. Rəsmilər Mariot mehmanxanasını yerlə yeksan etmiş intiharçı hücumunu hazırlayanlar barədə məlumat verənlərə 130 min dollar təklif edir. Otelin təhlükəsizlik kamerası göstərir ki, hücumçu partlayıcılarla dolu maşını mehmanxananın giriş qapısından içəri sürməyə çalışır və əsas partlayış baş verməmişdən öncə yanğın meydana gəlib. İntiharçı baryeri keçə bilmir və videoda mühafizəçinin yanğını söndürməyə çalışdığı görünür.
XS
SM
MD
LG