Accessibility links

Şimali Koreya komplekslərindəki möhürlərin ləğvinə çalışır


Birləşmiş Millətlər Təşkilatının ali nüvə müfəttişliyinin bildirdiyinə görə, Şimali Koreya qurumdan xahiş edib ki, əsas nüvə kompleksindən möhürü götürsünlər. Beynəlxalq Atom Enerji agentliyinin heyət üzvlərinə müraciət edən agentliyin sədri Məhəmməd ƏlBaradeyi deyib ki, Şimali Koreya habelə kompleksdən kameraların da götürülməsini istəyib. ƏlBaradeyi əlavə edərək qurğuların ləğvi statusunun dəyişməyəcəyini bildirib. Bəzi rəsmilər isə Agentliyin Yonqbyon nüvə obyektində möhürlərinin artıq sındırıldığını təsdiq edib. Keçən ay ABŞ hökumətinin Pxenyanın adını terrorizmi dəstəkləyən dövlətlər siyahısında çıxarmamasından sonra Şimali Koreya nüvə qurğularının ləğvi prosesini təxirə salmışdı.

XS
SM
MD
LG