Accessibility links

Asiyada aksiya qiymətləri bir qədər qalxıb


Buş administrasiyasının Konqresə maliyyə planı üçün 700 milyard dollar vəsaitə dair müraciətinin rəğbətlə qarşılanmasına cavab olaraq Asiyada bu gün aksiya qiymətləri bir qədər qalxıb. Yaponiya və Honq Konqda aksiyaların 1,5%, Şanxayda isə 8, Tayvanda isə 2,5% qalxdığı müşahidə olunub. Bu, qlobal maliyyə bazarlarında investorların etimadını qazanan Birləşmiş Ştatlar hökumətinin iflasa uğrayan şirkətlərə yardımından sonra baş verir. Avropada da indekslərin qalxdığı müşahidə olunub.

Bu arada, ABŞ-ın Mərkəzi Bankı Amerikanın iki investisiya bankı olan Qoldman Saks və Morqan Stenlinin bank holdinqi olmaq haqda müraciətini təmin edib. Bu dəyişiklik hər iki şirkətin lazım gəldikdə Mərkəzi Bankdan depozitlər və borc götürməsinə imkan verir.





XS
SM
MD
LG