Accessibility links

Con Makkeyn administrasiyanın maliyyə planına nəzarət edəcək heyətin yaradılmasına çağırır


Birləşmiş Ştatlar prezidentliyinə Respublikaçı namizəd Con Makkeyn Ağ Evin ABŞ banklarına yardım planın həyata keçirilməsinə nəzarət edəcək yüksək səviyyəli heyətin yaradılmasına çağırıb. Bu gün Pensilvaniya ştatında çıxış edən Makkeyn deyib ki, o, milyardlarla dollar məbləğində planla bağlı qərarların çıxarılması hüququnu yalnız ABŞ maliyyə nazirinə etibar etmək tərəfdarı deyil.

Demokrat partiyasından prezidentliyə namizəd Barak Obama isə indiki böhranın Makkeynin vaxtilə maliyyə qurumlarının dövlət nəzarətindən çıxarılmasına verdiyi dəstəyin bir hissəsi olduğunu deyib. Həm Makkeyn, həm Obama Amerika hökumətinin qlobal kredit böhranının həlli məqsədi ilə 700 milyard dollarlıq planına dəstək verib.

XS
SM
MD
LG