Accessibility links

Gürcüstana yardım paketi


Birləşmiş Ştatlar Gürcüstana yeni iqtisadi yardım paketinin ayrıldığını elan edərək, Rusiya ilə bu yaxınlarda baş vermiş münaqişədə humanitar yardım və iqtisadi bərpa sahələrində ehtiyacalarını təmin etmək üçün yardımın ümumi həcmini bir milyard dollara çatdırdı.

İki hissədən ibarət yardım paketinə hazırkı anda təcili surtədə yardım, bunun ardınca isə Gürcüstanın dünyanın iqtisadi cəhətdən ən tez inkşaf edən ölkələrdən biri kimi mövqeyini saxlaya bilməsi üçün maliyyə dəstəyi daxildir.

Təcili fondlar döyüşlər nəticəsində öz yerlərindən didərgin düşmüş yüz otuz minə qədər gürcüyə yardım məqsədi daşıyır-deyə ABŞ Dövlət katibi Kondoliza Rays bəyan edib: “Hazırda bir Gürcüstan iqtisadiyyatının tab gətirə bilməsi və həqiqətən də inkişaf edə bilməsi üçün bizim zəruri hesab etdiyimiz addımı atırıq”.

Dövlət katibi Rays deyib ki, yardım paketi daha geniş beynəlxalq yardımın bir hissəsidir: “Birləşmiş Ştatlar və bizim dostlarımız və müttəfiqlərimiz Gürcüstanın demokratiyası və müstəqilliyinin davamlılığı kimi məqsədimizə nail oluruq. Dünya indiyə qədər görünməyən dəstək nümayiş etdirərək Gürcüstanın tərəfindədir.”

Dövlət katibi rays deyir ki, azad dünyanın dəstəyi ilə “demokratik Gürcüstan davam gətirəcək, yenidən bərpa olacaq və çiçəklənəcək.”

XS
SM
MD
LG